Bank Of Baku

Əfqanıstanla sərhəddə 30 talib qətlə yetirilib

Əfqanıstanla sərhəddə 30 talib qətlə yetirilib
# 20 fevral 2010 08:11 (UTC +04:00)
İslamabad – APA. Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanla sərhəd yaxınlıqdakı ərazilərə zərbələr endirib, əməliyyat nəticəsində «Taliban» hərəkatının 30 üzvü məhv edilib.

APA-nın «Reyter» agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat yaraqlıların gizləndiyi Cənubi Vəziristan əyalətinin dağlıq ərazisində keçirilib. Qeyd edək ki, ötən gün analoji aviazərbələr zamanı taliblərin səhra komandiri Siracuddin Həkkaninin qardaşı Mühəmməd Həkkani öldürülüb. Əməliyyatın əsas məqsədi böyük qardaş – S.Həkkaninin məhv edilməsi olsa da, buna nail olunmayıb. Məlumatlara əsasən, səhra komandirinin 60-dan çox yaşı var və hazırda ağır xəstə olan Siracuddin formal olaraq taliblərə başçılıq edir. Onun dəstəsi Pakistan ərazisindən koalisiya qüvvələrinə mütəmadi zərbələr endirir, adam oğurluğu ilə məşğuldur və bir sıra digər cinayətlər törədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR