Bank Of Baku

Sabah İranda iki qəzetin məhkəməsi başlayır

Sabah İranda iki qəzetin məhkəməsi başlayır
# 20 fevral 2010 10:41 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Tehranda (İran) “Keyhan” ictimai-siyasi və “Qol” idman qəzetlərinin məhkəməsi keçiriləcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, fevralın 21-də Tehranın 76 saylı İnqilab Məhkəməsində «Keyhan» və «Qol» qəzetləri rəhbərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Proses hakim Siyamək Müdür Xorasaninin sədirliyi ilə keçiriləcək .

«Qol» idman qəzetinin təsisçisi Nemətullah Şahbazi qəzetdə yalan və həqiqətə uyğun olmayan məlumatlar dərc etdirməkdə ittiham olunur.

«Keyhan» qəzetinin rəhbəri Məhəmmədhüseyn Şəriətmədari də qəzetdə iftira, yalan və insan şəxsiyyətini alçaldan məqalələr dərc etdirdiyinə görə məhkəməyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR