Bank Of Baku

Əfqanıstanda daha 6 NATO əsgəri həlak olub

Əfqanıstanda daha 6 NATO əsgəri həlak olub
# 20 fevral 2010 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Əfqanıstanda ISAF qüvvələrinin əfqan hərbçiləri ilə keçirdiyi «Moştarak» (müştərək) adlı əməliyyatında dünən 6 NATO hərbçisi həlak olub. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, əsgərlər taliblərin «qalası» adlandırılan Marjah şəhəri ətrafında gedən döyüşlərdə yaraqlılar tərəfindən öldürülüb. Əfqan Milli Ordusunun döyüş itkiləri barədə isə məlumat verilmir.

Bununla da «Moştarak» əməliyyatında ölən NATO hərbçilərinin sayı 11-ə çatıb. Kəşfiyyat qaynaqları isə əməliyyatdan 120-dən artıq «Taliban» yaraqlısının öldürüldüyünü açıqlayıb.

Bu arada isə xarici KİV «Taliban»ın iki səhra komandiri – Qunduz şəhəri üzrə cavabdehi Molla Salam və Baqlan üzrə cavabdehi Molla Məhəmmədin Pakistanda yaxalandıqları barədə məlumatlar yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR