Bank Of Baku

İraqda əsas sünni siyasi blok seçkiləri boykot edir

İraqda əsas sünni siyasi blok seçkiləri boykot edir
# 21 fevral 2010 00:04 (UTC +04:00)
Bakı-APA. İraqda əsas sünni siyasi blok martın 7-i parlament seçkilərində iştirak etməkdən imtina edib.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Milli Dialoq Cəbhəsinin sözçüsü Heydər əl-Mulla deyib ki, blok ’’xarici marağa uyğun siyasi prosesdə’’ iştirak etməyəcək. Onun bildirdiyinə görə, partiya liderləri bu qərarı ABŞ-ın İraqda hərbi qüvvələrinin baş komandanı general Rey Odiyernonun bu həftənin əvvəlində İranın bir çox İraq sünni siyasətçinin seçkidə iştirakına mane olan plana kömək etdiyinə dair birbaşa dəlillərin olduğunu deməsindən sonra veriblər.

O, başqa siyasi partiyaları da boykota qoşulmağa çağırıb. Milli Dialoq Cəbhəsinə İraqın keçmiş lideri Səddam Hüseynin partiyası ilə əlaqəsi olduğuna görə seçkilərdə iştirakına qadağa qoyulmuş nüfuzlu sünni partlament üzvü Saleh əl-Mutlak rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR