Bank Of Baku

Tehranda naməlum şəxslər jurnalistə hücum edib

Tehranda naməlum şəxslər jurnalistə hücum edib
# 22 fevral 2010 07:15 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranda tədqiqatçı-jurnalist Peyam Fəzli naməlum şəxslər tərəfindən zorakılığa məruz qalıb. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, P. Fəzli fevralın 21-də saat 22.00 radələrində evinə gedərkən Tehranın Fəhlə prospekti ilə Fələstin prospektinin kəsişdiyi yerdə naməlum şəxslər tərəfindən küt və kəsici alətlərlə hücuma məruz qalıb.

Hadisə yerinə gələn təcili yardım onu Tehranın Firuzgər xəstəxanasına aparıb. Məlumata görə, P. Fəzli koma vəziyyətindədir.

Qeyd edək ki, P. Fəzli İranın tanınmış jurnalistlərindəndir, bir neçə siyasi kitabın müəllifidir. O, həmçinin İranda prezident seçkilərindən sonra baş verən qarışıqlığın səbəbkarlarının əleyhinə yazıları ilə gündəmdə olan jurnalistlərdəndir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR