Bank Of Baku

İranda 3 nəfər edam olunub

İranda 3 nəfər edam olunub
# 22 fevral 2010 14:45 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Zahidan və İsfahan şəhərlərinin həbsxanalarının həyətində 3 nəfər edam olunub. APA-nın “Keyhan” qəzetinə istinadən verdiyi məlumata görə, İsfahan şəhər prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri bildirib ki, 46 yaşlı A. Abdullah və 36 yaşlı S. Mehdi dəfələrlə narkotik qaçaqmalçılığında həbsə düşüblər, bu dəfə isə məhkəmə qanunlarına əsasən onlara edam hökmü verilib. Eləcə də Zahidan şəhər prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri bildirib ki, Dadullah Muradzadə uzun müddət narkotik qaçaqmalçılığı ilə məşğul olduğuna görə Sistan və Bəluçistan vilayətinin inqilab məhkəməsi tərəfindən çıxarılan hökmə görə, Zahidan şəhər həbsxanasında edam edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR