Bank Of Baku

BMT İsraili işğal olunmuş Fələstin ərazilərində dini obyektləri qəsb etməkdən çəkinməyə çağırıb

BMT İsraili işğal olunmuş Fələstin ərazilərində dini obyektləri qəsb etməkdən çəkinməyə çağırıb
# 23 fevral 2010 08:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. BMT-nin Yaxın Şərq üzrə sülh prosesində xüsusi əlaqələndiricisi Robert Serri işğal olunmuş Fələstin ərazilərindəki iki dini abidəni özünün milli irsi siyahısına salınması barədə İsrailin verdiyi bəyanatdan narahatlığını bildirib. APA-nın məlumatına görə, R. Serri xəbərdarlıq edib ki, bu addım sülh danışıqlarının bərpa olunmasına ciddi maneədir. Onun fikrincə, Hevronda “Ulu babalar mağarası” və Beyt-Lehm yaxınlığındakı Həzrəti Rəhilə xanımın ulu nənəsinin qəbri abidələrini İsrailin milli irs obyektləri siyahısına salınması regionda gərginliyi artıra bilər.
R. Serri bəyan edib ki, bu obyektlər yalnız yəhudilər üçün deyil, həm də müsəlman və xristianlar üçün tarixi və dini dəyər daşıyır.
O, israillilərə xəbərdarlıq edərək deyib ki, belə addımlar sülh prosesinə və tərəflər arasında etimada zərbə vurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR