Bank Of Baku

Mehdi Kərrubi İranda referendum keçirilməsini təklif edib

Mehdi Kərrubi İranda referendum keçirilməsini təklif edib
# 23 fevral 2010 11:06 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubi islam inqilabının 31-ci ildönümü münasibətilə fevralın 11-də keçirilmiş kütləvi tədbirlər zamanı baş vermiş hadisələrlə bağlı etiraz bəyanatı ilə çıxış edib. APA-nın “Kaleme”yə istinadən verdiyi məlumata görə, Mehdi Kərrubi İranın Milli Günü münasibətilə keçirilən mitinqlərdə iştirak etdikləri üçün xalqa təşəkkür edib. O bildirib ki, bəzi məmurların və təhlükəsizlik orqanlarının sıxıntı yaratmasına baxmayaraq, ölkənin ictimai-siyasi qüvvələri bu günü əzəmətli şəkildə qeyd ediblər. Amma buna baxmayaraq, hakimiyyətin ixtiyarında olan kütləvi informasiya vasitələri xalqın bu birliyini öz mənafeləri baxımından şərh edərək bunu öz uğurları kimi qələmə veriblər. M. Kərrubi ölkə Konstitusiyasının 59-cu maddəsinə əsasən referendum keçirməyi təklif edib: “Onda məlum olacaq ki, camaat kimin tərəfindədir. Mən bəyan edirəm ki, bu mitinqdə iştirak edənlər islahat tərəfdarları idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR