Bank Of Baku

Əfqanıstanda ölən amerikalı hərbçilərin sayı 1000 nəfərə çatıb

Əfqanıstanda ölən amerikalı hərbçilərin sayı 1000 nəfərə çatıb
# 23 fevral 2010 12:54 (UTC +04:00)
Kabul-APA. Əfqanıstanda keçirilən hərbi əməliyyatlar dövründə ölən ABŞ hərbçilərinin sayı min nəfərə çatıb. APA-nın məlumatına görə, ABŞ ordusu Əfqanıstanda ən çox itkini 2009-cu ildə verib – 316 nəfər. Amerikalılar 2007-ci ildə 117, 2008-ci ildə 155 nəfər hərbçi itiriblər. Bu ilin iki ayı ərzində Əfqanıstandakı ABŞ hərbi kontingenti 54 nəfər itki verib. 2001-ci ildən bu yana koalisiya qüvvələrinin Əfqanıstanda ümumi itkisi 1657 hərbçi təşkil edib. İtkilərin sayına görə ABŞ-dan sonra ikinci yeri Böyük Britaniya tutur – 264 nəfər. Bu müddət ərzində İraqdakı koalisiya qüvvələri 4696 nəfər itki veriblər ki, bunun da 4378 nəfəri amerikalı hərbçilərdir. Əfqanıstandan fərqli olaraq İraqda koalisiya qüvvələrinin verdiyi itkilər azalmaqdadır. Məsələn, 2004-cü ildə keçirilən əməliyyatlar zamanı koalisiya qüvvələri 906 nəfər itiribsə, ötən il bu rəqəm 150 nəfər olub. ABŞ hərbi komandanlığı Gilmənd vilayətində keçirilən hərbi əməliyyatlarla əlaqədar itkilərin sayının artacağını istisna etmirlər. Əfqanıstandakı ABŞ hərbi kontingentinə rəhbərlik edən general Devid Petreus Gilmənddə əməliyyatların ən azı 18 ay davam edəcəyini bildirib. İSAF komandanı Stenli Makkristal isə taliblərə qarşı növbəti irimiqyaslı əməliyyatın Qəndəharda keçiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR