Bank Of Baku

Yəmən qiyamçıları həbs olunmuş səudiyyəli hərbçilərin öldüyünü bildiriblər

Yəmən qiyamçıları həbs olunmuş səudiyyəli hərbçilərin öldüyünü bildiriblər
# 23 fevral 2010 19:48 (UTC +04:00)
Bakı-APA. Yəmənin şiə qiyamçıları əsir saxladıqları 2 Səudiyyə Ərəbistanı hərbçisinin öldüyünü bildiriblər.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, qiyamçıların nümayəndəsi bu barədə atəşkəsə nəzarət üzrə komitəyə məlumat verib. Məlumatda hərbçilərin hansı səbəbdən öldüyü bildirilmir.

Yəmən prezidenti Əli Abdulla Saleh fevralın 11-də ölkənin şimal-qərbində hərbi əməliyyatların dayandırılması barədə qərar qəbul edib. Prezident bu qərara qiyamçıların lideri Əbdül Malik əl-Hüsinin yazılı surətdə Yəmən Ali Təhlükəsizlik şurasının vəziyyətin normallaşdırılmasına dair irəli sürdüyü müddəalarla razılaşdığını bildirməsindən sonra verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR