Bank Of Baku

İranda media qurumları xəbərdarlıq edilmədən cinayət məsuliyyətinə cəlb olunacaq - FOTO

İranda media qurumları xəbərdarlıq edilmədən cinayət məsuliyyətinə cəlb olunacaq - <font color=red>FOTO</font>
# 24 fevral 2010 10:27 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Bundan sonra mətbuat orqanları buraxdığı səhvlərə görə birbaşa prokurorluğa veiləcək”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın irşad və mədəniyyət nazirinin mətbuat üzrə müavini Məhəmməd Əli Ramin deyib. O bildirib ki, indiyə qədər mətbuata etdiyi səhvlərə görə verilən xəbərdarlıqların əhəmiyyəti olmayıb: “Bundan sonra qanuna riayət etməyən istənilən qəzet və ya jurnal prokurorluğa veriləcək. Bəlkə bu yolla bəzi qanunazidd hərəkət edən, lazımsız və ya təhqiredici yazılar çap edən qəzetlər sıradan çıxa. Ümid edirəm ki prokurorluq azlıq təşkil edən bu növ mətbuat barədə hüquqi tədbirlər görəcək və ölkə mətbuatına paklıq gətirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR