Bank Of Baku

“HAMAS” liderinin oğlu İsrail kəşfiyyatının casusu olduğunu etiraf edib

“HAMAS” liderinin oğlu İsrail kəşfiyyatının casusu olduğunu etiraf edib
# 24 fevral 2010 10:50 (UTC +04:00)
Tel-Əviv-APA. “HAMAS” hərəkatının İordan çayının Qərb sahilində yerləşən bölmələrinin lideri Şeyx Həsən Yusifin oğlu Mosab Həsən Yusif uzun müddət İsrail ümumi təhlükəsizlik xidmətinin (ŞABAK) casusu olub. APA-nın “Haaretz”ə istinadən yaydığı məlumata görə, 2000-ci ildə xristianlığı qəbul edən 32 yaşlı Mosab Yusif Fələstin hakimiyyətinin təqibindən qorunmaq üçün 2007-ci ildə ABŞ-a köçüb. İkinci intifada zamanı adı İsrail kəşfiyyat materiallarında “Yaşıl şahzadə” ləqəbi ilə keçən Mosab Yusif yüksək vəzifəli fələstinli məmurların həbs olunmasında “ŞABAK”a yardım göstərib. Yusifin İsrailə ötürdüyü xəbərlər əsasən bu ölkə ərazisində planlaşdırılan terror aktları ilə bağlı olub. “Haaretz”in yazdığına görə, “Yaşıl şahzadə” bununla İsrail xüsusi xidmət orqanlarını atasına sui-qəsd təşkil etmək planından daşındırmağa nail olub. Mosab Yusifin casusuluq fəaliyyəti ilə bağlı operativ fəaliyyətlə də məşğul olduğu bildirilir. O Ramallahda meydanda özünü partlatmağa hazırlaşan kamikadzenin şəxsiyyətini müəyyənləşdirməkdə İsrailə kömək edib. Mosab Yusifin 1996-cı ildə İsrail həbsxanasında yatan zaman casusluğa cəlb olunduğu bildirilir. “Haaretz”ə açıqlama verən “HAMAS” liderinin oğlu bildirib ki, bu addımı insanların həyatını xilas etmək naminə atıb. İsrail kəşfiyyatı ilə könüllü əməkdaşlıq etdiyini deyən Mosab Yusif casusluğa görə pul almadığını və hazırda İsrail ordusu sıralarında Fələstinə qarşı döyüşməyə hazır olduğunu da bildirib. Mosab Yusifin İsrail kəşfiyyatı ilə əlaqələrinə həsr olunmuş “HAMAS”ın oğlu” kitabı martda işıq üzü görəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR