Bank Of Baku

Gürcüstan paytaxtında Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilib

Gürcüstan paytaxtında Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilib
# 24 fevral 2010 18:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş bir neçə tədbir keçirilib. Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı Səfirliyinin müşaviri Şövqi Mehdizadə məlumat verib.

Ş.Mehdizadənin məlumatına görə, Azərbaycan səfirliyinin təşəbbüsü ilə baş tutan tədbir iştirakçıları öncə Tiflisdə Heydər Əliyevin büstünü əklil dəstələri ilə ziyarət ediblər: “Sonra tədbir Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzində davam edib. Burada çıxış edən Azərbaycan səfiri Namiq Əliyev “Varlıq” Mədəniyyət Mərkəzinin “Xocalıya Ədalət” kampaniyasının rəsmi əlaqələndiricisi olduğunu elan edib. Bundan sonra Xocalı soyqırımı barədə Gürcüstanda həyata keçiriləcək təbliğat və imzatoplama kampaniyasını bu mərkəz əlaqələndirəcək.
Tədbirdə İslam Konfransı Təşkilatı Gənclər Forumunun www.justiceforkhojuly.ge saytının təqdimatı da keçirilib. Xocalı qurbanlarına həsr edilmiş tədbirdə çıxış edən gürcü və Azərbaycan alim, yazıçı və jurnalistlərindən Zezva Medulaşvili, Quram Marxuliya, Vladimir Zaridze, Emin Mahmudov, Süleyman Süleymanov və başqaları çıxış edərək Xocalı fəryadının haqq səsini ucaldaraq ona hüquqi qiymət verilməsini tələb ediblər”.

Bu gün İ.Cavaxişvili adına TDU-nun Heydər Əliyev Mərkəzində 15 təşkilatın iştirak etdiyi AZEBİ şirkətlər qrupunun iclasında da Xocalı qurbanları anılıb. Qeyd edək ki, AZEBİ-nin üzvləri olan Azərbaycan şirkətləri “Xocalıya Ədalət” kampaniyasının imzatoplama mərasiminə qoşulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR