Bank Of Baku

Avstraliya riskli ölkələrin vətəndaşları üçün biometrik viza rejimi tətbiq edəcək

Avstraliya riskli ölkələrin vətəndaşları üçün biometrik viza rejimi tətbiq edəcək
# 25 fevral 2010 04:26 (UTC +04:00)
Bakı-APA. Avstraliya hökuməti, terrorizm və ekstremizmin yayılması nöqteyi-nəzərindən “təhlükəli” hesab olunan on ölkənin vətəndaşları üçün viza rejimini sərtləşdirəcək.

APA-nın “The New Zealand Herald” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Avstraliyanın Baş Naziri Kevin Radd bildirib.

Qeyd edək ki, “qara siyahıya” hansı ölkələrin düşməsi haqda baş nazir xəbər verməyib. Həmin ölkələrin vətəndaşları viza almaq üçün öz barmaq izlərini və sifət quruluşunun biometrik məlumatlarını məcburi şəkildə təqdim etməli olacaqlar.

Bundan əvvəl Avstraliya hökuməti emiqrasiya siyasətini sərtləşdirmək məqsədilə bir sıra tədbirlər görüb. Belə ki, Avstraliya iqtisadiyyatının daha az ehtiyac duyduğu ixtisasların siyahısını bir daha qəti surətdə nəzərdən keçirərək bir çox ixtisasları ixtisara salıb.

Xüsusi əhəmiyyət həkim, mühəndis və filiz-mədən sənayesində çalışan yüksək ixtisaslı mütəxəssislərə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR