Bank Of Baku

Hindistanla Pakistan arasında 2008-ci ildən bəri ilk rəsmi görüş keçirilib

Hindistanla Pakistan arasında 2008-ci ildən bəri ilk rəsmi görüş keçirilib
# 25 fevral 2010 22:55 (UTC +04:00)
Hindistanın xarici işlər naziri Nirupama Rao pakistanlı həmkarı Salman Bəşir ilə danışıqların ölkələr arasında inamın bərpa olunmasına yönəldiyini bildirib.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, nazirlər arasında bu gün Dehlidə 2008-ci il Mumbay hücumlarından sonra ilk rəsmi danışıqlar keçirilib. Görüş zamanı Rao öz həmkarına Pakistanın Mumbay terror hücumu və bu hücumda Pakistanda yerləşən yaraqlı qrupun əli olması ilə bağlı lazımi təhqiqat aparmadığını bildirib.

Hindistan Pakistanla danışıqlar apararaq ölkədəki terrorçuluğa qarşı mübarizəni müzakirə etməyi öz prioritetinə çevirib. Pakistan isə daha iri-miqyaslı müzakirələrin keçirilməsini istəyir. O, bu danışıqlara Kəşmir məsələsinin da daxil edilməsinə çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR