Bank Of Baku

Dəhşətli partlayış Əfqanıstan paytaxtını sarsıdıb

Dəhşətli partlayış Əfqanıstan paytaxtını sarsıdıb
# 26 fevral 2010 04:54 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın paytaxtı Kabil şəhərində dəhşətli partlayış baş verib. Bu haqda APA AFP-yə istinadən məlumat yayıb.

Partlayışdan sonra şəhərin hüquq-mühafizə orqanları vətəndaşlara küçəyə çıxmamağı və evdə qalmağı məsləhət görüblər.

Təhlükəsizlik üzrə ekspertin bu partlayışın avtomobildə quraşdırılmış bombanın işə salınması nəticəsində baş verməsini desə də, bu haqda məlumat təsdiqlənməyib.

Partlayışdan dərhal sonra şəhərin digər tərəfində güllə səsləri də eşidilib.

AFP-nin fotoqrafının dediyinə görə, polis partlayışın baş verdiyi ərazini çevrəyə alıb və heç bir avtomobil oraya buraxılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR