Bank Of Baku

İran prezidenti “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahla görüşüb

İran prezidenti “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahla görüşüb
# 26 fevral 2010 14:50 (UTC +04:00)
Dəməşq-APA. İran prezidenti Mahmud Əhmədinejad Dəməşqdə “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahla görüşüb. APA-nın məlumatına görə, Dəməşqə bir günlük səfərə gələn İran prezidenti ilk öncə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Görüşdən sonra Bəşər Əsəd İran prezidentinin şərəfinə ziyafət verib və ziyafətə “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullah da qatılıb. Görüşdə regionda mövcud situasiyanın gərginləşməsi və İsrailin Livanla Suriyanın ünvanına son hədələri müzakirə edilib. Xatırladaq ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Suriyadan İranla məsafə saxlamağı və “Hizbullah”ı silahla təmin etməkdən boyun qaçırmağı tələb edib. Buna cavab olaraq həm Bəşər Əsəd, həm də Mahmud Əhmədinejad bildiriblər ki, iki ölkənin münasibətləri çox möhkəmdir və bu münasibətləri daha da möhkəmləndirməyə ehtiyac var. Xatırladaq ki, İran və Suriya “Hizbullah”ın əsas müttəfiqləri sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR