Bank Of Baku

«Blackwater» şirkəti əfqan polislərinə təlim keçəcək

«Blackwater» şirkəti əfqan polislərinə təlim keçəcək
# 26 fevral 2010 22:23 (UTC +04:00)
Bakı – APA. Əvvəllər «Blackwater» kimi tanınan və adı qalmaqallarda çəkilən «Xe Services» özəl mühafizə şirkəti ABŞ Müdafiə Nazirliyinin Əfqanıstan polisinə təlim keçilməsi ilə bağlı keçirdiyi tenderdə yeganə iştirakçı qismində qalıb.

APA-nın məlumatına görə bu barədə “politico.com” internet saytı xəbər verib.

Qeyd edək ki, həmin tenderdə «Blackwate»r şirkətinin rəqibi «Northrop» şirkəti olmalı idi, amma həmin şirkət tenderdən kənarlaşdırılıb. Bir sıra mühafizə şirkətləri Pentaqonun keçirdiyi tenderə buraxılmadığı üçün artıq öz narazılıqlarını bildiriblər.

Bununla belə, ABŞ müdafiə nazirliyi, «Blackwater» şirkəti də daxil olmaqla, yalnız beş mühafizə şirkətlərinə müqavilə təklif edib. Həmin şirkətlərin əksəriyyətinin yerli heyətlərə təlim keçmək təcrübəsinə malik deyilər. Öz etirazını əsasən İraq ordusuna təlim keçən DynCorp şirkəti bildirib.

Bundan əlavə, «Xe Services» şirkəti həmdə loqistika xidmətlərinin göstərilməsi sahəsində keçirilən tenderə də iddialıdır. Həmin tenderdə «Xe Services» şirkətinin rəqibi Lockheed şirkətidir. Hər iki müqavilənin ümumi dəyəri təxminən 500 milyon dollardır.

Xatırladaq ki, «Blackwater» özəl mühafizə şirkəti əməkdaşlarının öz vəzifə səlahiyyətlərini aşması haqda daxil olan çoxsaylı şikayətlərdən sonra, adını «Xe Services» adı ilə dəyişməyə məcbur olub. Həmin şikayətlərdə əsas epizod «Blackwate»r şirkətinin mühafizəçilərinin tərəfindən 2007-ci ildə Bağdada törədikləri atışma olub. Bu atışma nəticəsində 17 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR