Bank Of Baku

Səddam Hüseynin hakimiyyəti dövründə xidmət göstərən minlərlə zabit vəzifələrinə qaytarılacaq

Səddam Hüseynin hakimiyyəti dövründə xidmət göstərən minlərlə zabit vəzifələrinə qaytarılacaq
# 26 fevral 2010 23:14 (UTC +04:00)
Bakı-APA. İraqın sabiq lideri Səddam Hüseynin hakimiyyəti dövründə xidmət göstərən və 2003-cü ildə Birləşmiş Ştatlar ordusunun ölkəyə müdaxiləsindən sonra vəzifələrindən azad edilən 20 000 zabit vəzifələrinə qaytarılacaq. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə bunu barədə İraq Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Əl-Əsgəri bildirib.

Siyasətdə müsbət bir addım kimi qarşılana bilən bu açıqlama İraqda mart ayının 7-də keçiriləcək parlament seçkilərindən bir neçə gün əvvələ təsadüf edir.

Müxalifət nümayəndələri isə belə bir addımla baş nazir Nuri Əl-Malikinin Səddam Hüseynin Bəəs partiyasından dəstək almaq istədiyini bildirirlər. Hökumət bu ittihamları rədd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR