Bank Of Baku

İranda keçmiş nazirə sui-qəsd edilib

İranda keçmiş nazirə sui-qəsd edilib
# 04 may 2010 07:27 (UTC +04:00)
Bakı – APA. İranın keçmiş telekommunikasiya naziri Əhməd Motamedi Tehranın Əmir Kəbir Universitetində sui-qəsdə məruz qalıb. APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, sabiq nazirə hücum edən təxminən 40 yaşlı kişi yaxalanıb. Onun adı açıqlanmır. Ə. Motamedi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına məruz qalıb.

Ə. Motamedi islahatçı Məhəmməd Hatəminin prezidentliyi dövründə nazir vəzifəsində çalışıb. O, son prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifəti dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR