Bank Of Baku

İranın sabiq prezidentinin müavininin avtomobilinə hücum olunub

İranın sabiq prezidentinin müavininin avtomobilinə hücum olunub
# 20 may 2010 15:03 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Naməlum şəxslər Tehranda İranın keçmiş prezidenti Məhəmməd Xatəminin müavini olmuş Məhəmmədəli Əbtəhinin avtomobilinə hücum ediblər. APA-nın “Tabnak” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin tanınmış simalarından olan Məhəmmədəli Əbtəhi İranın dini alimi Ayətullah Mirzə Cavadağa Tehraninin ölümünün ildönümünə həsr olunmuş mərasimdə iştirak etmək üçün gedirmiş.
Naməlum şəxslər avtomobilə daşla hücum edərək şüşələri qırıb, M. Əbtəhini yaralamaq istəyərkən polis proseslərə müdaxilə edərək, onu mühasirədən çıxara bilib. Hazırda polis hadisəni törədənlər barədə axtarış elan edib.
Qeyd edək ki M. Əbtəhi İranda son prezident seçkiləri zamanı müxalifətə dəstək vermiş, hətta buna görə həbs olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR