Bank Of Baku

Hindistanda qəzaya uğrayan təyyarənin bir neçə sərnişini sağ qalıb

Hindistanda qəzaya uğrayan təyyarənin bir neçə sərnişini sağ qalıb
# 22 may 2010 08:40 (UTC +04:00)
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, yerli telekanallar sağ qalanları göstərib. Onlardan birinin güclü yanıq yaraları aldığı bəllidir. Təyyarənin məxsus olduğu “Air İndia” aviaşirkətinin nümayəndəsi 8 nəfərin, Manqalor hava limanının təhlükəsizlik xidmətinin əməkdaşı 7 nəfərin qəzadan sağ qurtulduğunu açıqlayıb. Onların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. “Reuters” agentliyi isə yerli telekanallara istinadən 5-6 sağ qalmış sərnişin barədə xəbər yayıb. Onlardan biri – adı Abdulla olan sərnişin təyyarənin iki yerə parçalandığını, qəza zamanı təyyarədən bayıra tullandığını söyləyib.

Son məlumata görə, xilasedicilər 70-ə yaxın sərnişinin cəsədini tapıblar. Təyyarədə 160 sərnişin və 6 ekipaj üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR