Bank Of Baku

“Cundullah” terror təşkilatının rəhbəri Əbdül Məlik Riginin qardaşı İranda edam olunub

“Cundullah” terror təşkilatının rəhbəri Əbdül Məlik Riginin qardaşı İranda edam olunub
# 24 may 2010 07:53 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Cundullah” terror təşkilatının rəhbəri Əbdül Məlik Riginin qardaşı Əbdül Həmid Rigi Zahidan şəhərində edam edilib. APA-nın “Fars” xəbər agentliyininə istinadən verdiyi məlumata görə, İranın Sistan və Bəluçistan əyalətinin prokurorluğunun mətbuat xidmətinin rəhbəri İbrahim Həmidi bildirib ki, Əbdül Həmid Rigi qardaşı Əbdül Məlikdən göstəriş alaraq “Şeytan dəstəsi” adlı terrorçu qruplaşma yaradaraq ona rəhbərlik edib. O islam dövləti əleyhinə müharibə çağırışları etməkdə, fəsad törətmək, terrorçuluq və adam öldürməkdə ittiham edilib. Sistan və Bəluçistan əyalətinin məhkəməsinin Əbdül Həmid Rigiyə çıxardığı edam hökmü bu gün Zahidan həbsxanasının həyətində icra olunub. Qeyd edək ki “Cundullah” terror təşkilatına rəhbərlik edən Əbdül Məlik Rigi bir neçə müddət öncə İran təhlükəsizlik orqanları tərəfindən həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR