Bank Of Baku

İranın məktubu Beynəlxalq Atom Enerjisi Agentliyinə çatdırılıb

İranın məktubu Beynəlxalq Atom Enerjisi Agentliyinə çatdırılıb
# 24 may 2010 11:59 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın məktubu Türkiyə, Braziliya və İranın Vyanadakı səfirləri tərəfindən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbərinə çatdırılıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst deyib ki, hazırda dünyada kütləvi qırğın silahlarının ləğvi ən vacib məsələlərdən biridir: “Qərb ölkələri, ABŞ, eləcə də İsrail 20 mindən artıq kütləvi qırğın silahını saxlayırlar. Bu, dünya üçün olduqca təhlükəlidir”.

R. Mehmanpərəst bildirib ki, Braziliya və Türkiyə rəhbərliyinin İrana gəlməsi və müsbət addımlar atılması təqdirəlayiqdir: “Bu, onu göstərir ki böyük ölkələr bəzi məsələləri öz aralarında həll etməyə qadirdir. Dünya bu gün Beynəlxalq Atom Enerjisi Agentliyindən nüvə silahına malik olan ölkələr barəsində ədalətli qərar gözləyir. Sülh məqsədli nüvədən istifadə hüququndan hamı rahat və azad istifadə edə bilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR