Bank Of Baku

Yəməndə aviazərbə nəticəsində 5 nəfər həlak olub

Yəməndə aviazərbə nəticəsində 5 nəfər həlak olub
# 25 may 2010 04:51 (UTC +04:00)
Bakı-APA. Yəmənin şərqində «Əl-Kaidə»nin mövqelərinə endirilmiş aviazərbə zamanı ən azı 5 nəfər həlak olub. Bu barədə «Əl-Ərəbiyyə» telekanalı məlumat yayıb.

Hadisə Yəmən ekstremistlərinin əsas qalası sayılan Mariib əyalətində baş verib. Həlak olanlar arasında əyalət şurasının üzvü Caber Əli əş-Şabvani də var. Telekanalın məlumatına görə, Şabvani yaraqlılar və mərkəzi hökumət arasında vasitəçi rolunu oynayırmış. Bombardman zamanı əş-Şabvani yaraqlıların liderlərindən biriylə görüşərək ona silahı yerə qoyub təslim olmağı təklif edirmiş. Digər həlak olanlar Şəbvanini müşayiət edirmişlər.

«Əl-Ərəbiyyə» öz mənbələrinə əsasən təyyarənin pilotsuz olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR