Bank Of Baku

Mahmud Əhmədinejad: “Rusiya rəhbərlərinə islah olmalarını tövsiyə edirəm”

Mahmud Əhmədinejad: “Rusiya rəhbərlərinə islah olmalarını tövsiyə edirəm”
# 26 may 2010 14:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Rusiya rəhbərləri İran xalqının bu dövləti öz tarixi düşmənlərinin sırasına qoymasına icazə verməməlidir”. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. O, İranın Rusiya ilə qonşu və dost olduğunu söyləyib: “Təbii ki, iki qonşu bir-biri ilə dost olmalıdır. Dost olmaq üçün qarşılıqlı hörmət lazımdır. Biz də bu hörməti Rusiyadan gözləyirik. Lakin Rusiya prezidenti Dmitri Medvedevin hərəkətləri anlaşılmazdır. İran xalqı bilmir ki, Rusiya bizim dostumuzdur, bizimlədir, yoxsa başqa bir macəra axtarır. Mən Rusiya prezidentinin yerinə olsaydım, danışıq və hərəkətlərimdə İran xalqına və onun mədəniyyətinə üstünlük verərdim, sayğı göstərərdim, onun düşmənlərinin yanında olmazdım. Mən ümid edirəm ki, Rusiya qonşularının və dostlarının mənafeyini dəyərləndirəcək. Rusiya rəhbərlərinə islah olmalarını tövsiyə edirəm. Bu sözləri onlara ürəyim yandığı üçün deyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR