Bank Of Baku

Bağdadda baş verən 4 bomba partlayışı nəticəsində 15 nəfər yaralanıb

Bağdadda baş verən 4 bomba partlayışı nəticəsində 15 nəfər yaralanıb
# 28 may 2010 03:39 (UTC +04:00)
Bakı-APA. Iraq rəsmilərinin sözlərinə görə, Bağdadda daş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, yerli rəsmilər deyir ki, mərkəzi Bağdadın Allavi məhəlləsində yol kənarındakı bomba partlayışı 6 nəfərin yaralanmasına səbəb olub. Bağdadın İskan məhəlləsində partlayan digər bomba isə əlavə 4 nəfərin yaralanmasına səbəb olub.
Rəsmilər Cihad məhəlləsində üçüncü bombanın 3 nəfəri və qərbi Harisiya məhəlləsində dördüncü bombanın isə daha 2 nəfəri yaraladığını bildirib. Zorakılıqlar silahlanmış maskalı adamların qızıl dükanını qarət edərkən 14 nəfəri öldürdükdən 2 gün sonra vüsət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR