Bank Of Baku

BMT Şimali Koreyanı nüvə texnologiyalarının ixracında ittiham edib

BMT Şimali Koreyanı nüvə texnologiyalarının ixracında ittiham edib
# 28 may 2010 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Millətlər Təşkilatının (BMT) mütəxəssisləri Şimali Koreyanı nüvə texnologiyalarının ixracında ittiham edib.
APA-nın «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin hazırladığı məruzədə Şimali Koreyanın nüvə texnologiyalarını və ballistik silahın istehsalı üçün texnologiyalarını İran, Suriya və Birma kimi ölkələrə ixrac etdiyi bildirilir. Məruzədə Şimali Koreyanın təxminən dörd dəfə sözügedən texnologiyaları ixrac etdiyi bildirilir ki, bu da BMT-nin 2009-cu ildə Şimali Koreyaya qoyduğu sanksiyalara ziddir. Həmin sanksiyalar Şimali Koreya nüvə sınaqları keçirdikdən sonra qoyulub. Sanksiyaya əsasən, Şimali Koreya silah idxal və ixrac edə bilməz, bu ölkə həmçinin bütün maliyyə əməliyyatlarında iştirakdan məhrumdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR