Bank Of Baku

İndoneziya cins şalvarın əleyhinə çıxış edir

İndoneziya cins şalvarın əleyhinə çıxış edir
# 28 may 2010 08:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. İndoneziyanın Açex vilayətinin rəhbərliyi dar qadın cins şalvarları ilə mübarizə kampaniyası çərçivəsində 20 min yubka ayırıb. «APA-Economics»in məlumatına görə, yaxın iki ayda bu yubkalar islam normalarına uyğun gəlməyən tərzdə geyinən qadınlara veriləcək.

Qərbi Açex vilayətinin qubernatoru Ramli Mansurun sözlərinə görə, qadınların ədəbsiz geyinməsini islam polisi müəyyənləşdirəcək. Cins geyinən qadın üç dəfə yaxalandığı halda ona iki həftəlik həbs cəzası veriləcək. Bu kampaniya ilə bağlı yerli dükanlarda cins şalvarların satışı qadağan edilib, bu qadağanı pozanlar lisenziyadan məhrum oluna bilər.

Polisin məlumatına görə, bir gün ərzində cins geyərək mopeddə gəzən 18 qadın saxlanılıb. Polis şöbəsində nizam-intizamı pozan qadınların cinsləri müsadirə edilərək əvəzində onlara uzun ətəkli yubka verilir. Bütün saxlanılan qadınlar özləri haqda məlumat təqdim etdikdən və ruhanilərlə söhbətdən sonra azad buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR