Bank Of Baku

Əfqanıstanda öldürülən amerikalı əsgərlərin sayı 1000-ə çatıb

Əfqanıstanda öldürülən amerikalı əsgərlərin sayı 1000-ə çatıb
# 28 may 2010 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Əfqanıstanda ABŞ tərəfindən bu ölkədə keçirilən hərbi əməliyyatlar tarixində 1 000-ci amerikalı əsgər həlak olub.
APA-nın «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, daha bir amerikalı əsgərin öldürülməsi barədə məlumatı NATO yayıb. Əsgər qumbaranın partlaması nəticəsində həlak olub.
Əfqanıstanda həlak olan amerikalı hərbçilərin siyahısı San-Antoniyodan (Texas ştatı) olan birinci dərəcəli çavuş Natan Ross Çempendən (Nathan Ross Chapman) başlayır ki, həmin hərbçi 2002-ci ilin yanvarın 4-də həlak olub və onun adı hərbi bazaya verilib.
Qeyd edək ki, sözügedən statistikanı «Associated Press» agentliyi öz hesablamaları əsasında aparıb.
Xatırladaq ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ilin oktyabr ayında başlayıb. Bu addım həmin il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş hadisələrə cavab olaraq atılıb. Nəticədə, taliblərin rejimi devrilib və 2001-ci ilin dekabr ayında Əfqanıstanın müvəqqəti rəhbəri, sonra ölkə prezidenti olan Həmid Kərzayi seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR