Bank Of Baku

Pakistanda iki məscidə edilən silahlı basqın zamanı 70 nəfərə yaxın adam həlak olub

Pakistanda iki məscidə edilən silahlı basqın zamanı 70 nəfərə yaxın adam həlak olub
# 28 may 2010 17:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün cümə namazı vaxtı Pakistanın Laxor şəhərində yerləşən iki məscidə edilən silahlı basqın zamanı 70 nəfərə yaxın adam həlak olub.

Pakistan KİV-ə istinadən APA-nın verdiyi məlumata görə, mülki müdafiə xidmətinin yerli şöbəsinin rəisi Rizvan Nəsir jurnalistlərə bildirib ki, terror aktı zamanı 108 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hazırda Pakistan hüquq-mühafizə orqanları hadisədən sonra qaça bilən terrorçuların axtarışı istiqamətinlə zəruri tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında eyni vaxtda bir qrup silahlı şəxs Laxor şəhərində Əhmədiyyə təriqətinə məxsus müsəlmanların toplaşdığı iki məsciddə hücum edib. Terrorçular namaz qılan müsəlmanlara atəş açıblar və məscidə qumbara atılıb. Terror aktı nəticəsində məscidlərə ibadət üçün gələn 1500-ə yaxın müsəlman girov götürülüb.

Terror aktının həyata keçirilməsinə görə məsuliyyəti isə “Taliban” qruplaşması öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR