Bank Of Baku

İraqda bank qarət olunub

İraqda bank qarət olunub
# 29 may 2010 02:57 (UTC +04:00)
Bakı-APA. İraqın cənubunda qarətçilər mühafizə xidməti əməkdaşının yardımı ilə bankdan 6 milyard İraq dinarı (5,5 milyon dollar) pul aparıblar. Yerli hökumətin məlumatına görə, mühafizə xidmətinin əməkdaşı həmkarlarına yuxu dərmanı verib.

Nəcəf əyaləti təhlükəsizlik xidmətinin nümayəndəsi Loay əl-Yasiri bildirib ki, Al-Rafidain bankı Əl-Mişkab şəhərində qarət edilib. Bu kiçik şəhər Bağdaddan 190 km cənubda yerləşir.

Polisin məlumatına görə, bankın mühafizə xidmətinin əməkdaşlarından biri dörd həmkarına yuxu dərmanı qatılmış çay verib. Qarətdən sonra o da cinayətkarlarla birlikdə qaçıb. Polis məntəqəsinin yaxınlığında yerləşən bank qarət edilərkən atəş açılmayıb və xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR