Bank Of Baku

Hindistandakı qatar qəzasında ölənlərin sayı 100-ə çatıb

Hindistandakı qatar qəzasında ölənlərin sayı 100-ə çatıb
# 29 may 2010 03:31 (UTC +04:00)
Bakı-APA. Hindistanın şərqindəki Qərbi Benqal ştatında baş vermiş qatar qəzasında ölənlərin sayı artır. Ən son məlumatlara görə, dəmir yolu faciəsi nəticəsində 100 nəfər ölüb, 145-dən artıq yaralı var. Daha öncə 72 nəfərin öldüyü bildirilirdi.

Faciənin terror aktı nəticəsində baş verməsi ilə bağlı polisdə şübhə yoxdur. Qərbi Benqal 1967-ci ildə hökumətlə silahlı mübarizə aparan Hindistan maoçularının təsir dairəsinin geniş olduğu ərazi kimi tanınır. Lakin hərəkatın nümayəndələri hadisə ilə hər hansı bağlılıqlarını inkar edirlər.

Xatırladaq ki, Qərbi Benqal ştatının dəmir yolunda qəza ötən gecə baş verib. Dəmir yolunun sıradan çıxması nəticəsində “Gyaneswari Express” sərnişin qatarının 13 vaqonu relsdən çıxıb. Sonra isə sərnişin qatarı qarşıdan gələn yük qatarı ilə toqquşub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR