Bank Of Baku

Nepalın baş naziri istefaya getməyə razılaşıb

Nepalın baş naziri istefaya getməyə razılaşıb
# 29 may 2010 04:12 (UTC +04:00)
Bakı-APA. Nepalın baş naziri Madhav Kumar Nepal istefaya getməyə razılaşıb.

Belə bir qərar hökumət başçısı parlamentin fəaliyyət müddətini artırmağı təklif etməsindən və ölkənin 3 əsas partiyasının siyasi böhranın aradan qaldırılması üçün birgə hərəkət etmək barədə razılığa gəldikdən sonra qəbul edilib. Baş nazirin nə vaxt istefa verəcəyi dəqiqləşdirilmir.

2008-ci ildə seçilən Nepal parlamenti 2010-cu mayın 28-dək yeni konstitusiyanı hazırlamalı və ümumi seçkilər keçirməli idi. Lakin Maoist partiyası, Kommunist partiyası və Nepal konqresi ümumi dil tapa bilmədiklərinə görə parlament qarşıya qoyulan vəzifəni yerinə yetirə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR