Bank Of Baku

İranda neft quyusunda güclü yanğın baş verib, ölən və yaralananlar var

İranda neft quyusunda güclü yanğın baş verib, ölən və yaralananlar var
# 29 may 2010 09:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Kirmanşah əyalətində neft quyusunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, İranın Qəsri-Şirin şəhərinin qubernatoru Bəhram Teymuri bildirib ki, şəhər ərazisində olan neft quyusunun yanması zamanı yaralananlar helikopterlə İlam, Gilanqərb və Qəsri-Şirin şəhər xəstəxanalarına çatdırılıblar. Hadisə zamanı ölənlərin cəsədləri isə Qızıl Aypara Cəmiyyətinin xilasediciləri tərəfindən çıxarılıb.

Məlumata görə, hadisə yaxınlıqda olan digər neft quyusunun qazılması zamanı qaz sızmasından baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR