Bank Of Baku

Seulda Azərbaycanın Respublika Günü qeyd edilib

Seulda Azərbaycanın  Respublika Günü qeyd edilib
# 29 may 2010 21:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Koreyadakı səfirliyi Seuldakı “Lotte” otelində Respublika Günü münasibətilə tədbir keçirmişdir.
Səfirlikdən APA-ya verilən xəbərə görə mərasimdə Koreya Respublikasının Səhiyyə və Rifah Naziri xanım Cae Hi Jeon, həmçinin, xarici işlər və ticarət nazirliyi ilə yanaşı, bir sıra nazirliklərin rəsmiləri, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, Koreyanın bir sıra iri şirkətlərinin rəhbər işçiləri, ziyalılar, iş adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərasimdə Azərbaycanın və Koreya Respublikasının dövlət himnləri səsləndirildikdən sonra səfirliyimiz tərəfdən edilən çıxışda Azərbaycanın dövlətçilik tarixi və Respublika Günü barədə məlumat verilərək, bütün sahələrdə həyata keçirilməkdə olan islahatlar nəticəsində qüdrətli dövlətə çevrilmiş ölkəmizin Ermənistan tərəfindən məruz qaldığı və hələ də davam edən işğalın nəticələrinin də tezliklə aradan qaldırılmasına nail olacağı və ərazi bütövlüyünü bərpa edəcəyi vurğulanmışdır. Həmçinin fəal xarici siyasət kursu həyata keçirən Azərbaycanın Koreya Respublikası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılmışdır.

Eyni zamanda, mərasimdə çıxış edən Koreya Respublikasının Səhiyyə və Rifah Naziri xanım Cae Hi Jeon Respublika Günü münasibətilə təbriklərini ifadə edərək, ölkəsinin Azərbaycanla əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsində yaxından maraqlı olduğunu vurğulamışdır.

Qəbul zamanı, qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm imkanları barədə sənədli filmlər nümayiş etdirilmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR