Bank Of Baku

Yaxın Şərq nüvə silahından azad olmaq istəyir

Yaxın Şərq nüvə silahından azad olmaq istəyir
# 29 may 2010 23:44 (UTC +04:00)
Bakı-APA. BMT-nin Nyu Yorkda keçirilən beynəlxalq konfransı Yaxın Şərqdə nüvə silahından azad məkan yaradılması barədə razılıq əldə edib.
APA bbc.com saytına istinadən verdiyi xəbərə görə, nüvə silahının yayılması əleyhinə Müqavilənin üzvləri 2012-ci ildə İran da daxil olamqla, Yaxın Şərq ölkələrinin qatılacağı konfransın keçirilməsinə dair bəyanat qəbul ediblər.
Bu bəyanat BMT-yə daxil olan 200 ölkənin nümayəndə heyəti tərəfindən qəbul edilib və onlar İsrailin də bu sövdələşməyə qatılmasını tələb edirlər.
"Qarşıdakı yol heç də asan olmasa da, irəliyə aparan yeganə yoldur. İsrailin müqaviləyə daxil edilməsini önəmi və onun nüvə arsenalının Beynəlxalq Atom Enerjisi Agentliyinin hərtərəfli mühafizəsinə verilməsinə dair konfransın bu günki qərarı, ölkələrin 1995 və 2000-ci illərdəki öhdəliklərinə müvafiq olaraq, davamlı həllini tapdığını təsdiqləyir," - deyib Misirin BMT-dəki səfiri Maged Abdelaziz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR