Bank Of Baku

Çin Koreya yarımadasında sabitliyin pozulmasını ittiham edir

Çin Koreya yarımadasında sabitliyin pozulmasını ittiham edir
# 30 may 2010 01:43 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreyada Çinin baş naziri Ven Ciabao, Yaponiya baş naziri Yukio Hatoyama və Cənubi Koreya Prezidenti Li Myunq-bak arasında ikigün sürəcək zirvə görüşü başlayıb.
APA voanews.com saytına istinadən verdiyi xəbərə görə, ssammitin başlanğıcında Yaponiya baş naziri Hatoyama rəsmi Seulun Şimalı Koreyanın onun hərbi gəmisini batırdığına görə beynəlxalq əməkdaşlıq yolu ilə cəzalandırılmasına yönələn səylərini dəstəkləyəcəyinə söz verib.
Çinin baş naziri Cənubi Koreyanın hərbi gəmisinin batması nəticəsində 46 dənizçinin ölümüilə bağlı başsağlığı verib.
Cənab Ven cümə günü Seulda Çinin Koreya yarımadasında sabitlik və sülhün hər hansı bir yolla hədələnməsini ittiham edib.
Beynəlxalq araşdırmaların nəticəsi göstərir ki, Cənubi Koreya hərbi gəmisi Şimalı Koreyanın sualtı qayığıdan açılan torpedo ilə vurulduqdan sonra batıb.
Pxenyan hesabatı rədd edərək onu iftira adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR