Bank Of Baku

Fələstinlilərə yardlm gətirən gəmilər Qəzzaya yaxınlaşır

Fələstinlilərə yardlm gətirən gəmilər Qəzzaya yaxınlaşır
# 30 may 2010 02:42 (UTC +04:00)
Bakı-APA. Fələstin tərəfdarı fəallar texniki ləngimələr və İsrail hərbi dəniz qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, yardım daşıyan gəmilərin bazar günü Qəzzaya yola düşməsinə çalışır.
APA voanews.com saytına istinadən verdiyi xəbərə görə, 10 000 ton humanitar yardım və yüzlərlə fəalı daşıyan flotiliya Kipr sahilindən Aşdod limanına yola düşməyə hazırlaşır.
Yardım missiyası bir sıra texniki məsələlərə görə ləngiyir. Təşkilatçılar problemlər nəticəsində yardım daşıyan gəmilərin sayının 8-dən 5-ə endiyini deyiblər. Onlar həmçinin gəmiyə Avropa qanunvericilərinin götürülməsi məsələsində də çətinliklərlə qarşılaşdıqlarını bildiriblər.
İsrailin müdafiə nazirinin müavini Danni Avalon bir daha bildirib ki, hərbi qüvvələr gəmilərin Fələstin ərazilərinə çatmasına imkan verməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR