Bank Of Baku

İsrail ordusu Fələstinə humanitar yardım daşıyan gəmilərə hücum edib, 16 nəfər ölüb

İsrail ordusu Fələstinə humanitar yardım daşıyan gəmilərə hücum edib, 16 nəfər ölüb
# 31 may 2010 07:22 (UTC +04:00)
APA-nın “Associated Press”, AFP və Türkiyə televiziyalarına istinadən yaydığı xəbərə görə, “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə Qəzzaya doğru yola çıxan 6 gəmidən ibarət yardım donanması mayın 31-nə keçən gecə İsrailin silahlı müdaxiləsinə məruz qalıb. İsrail hərbi vertolyotları gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərdən birinə desant endiriblər. İnsident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. İlkin məlumatlarda 2 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı qeyd olunsa da, İsrail televiziyaları 16 nəfərin öldüyünü xəbər veriblər. İsrail televiziyaları gəmi sərnişinlərinin İsrail əsgərlərinə soyuq silahla hücum etdiyini iddia edirlər. Gəmilərin İsrail hərbçiləri tərəfindən zorla Hayfa limanına aparıldığı bildirilir. Qəzzadakı HAMAS hökumətinin başçısı İsmayıl Haniyə BMT-nin baş katibi Pan Gi Munu yardım gəmilərinin Qəzzaya gəlişini təmin etməyə çağırıb.

Xatırladaq ki, İsrail hökuməti daha öncə gəmilərin Qəzzaya buraxılmayacağını, humanitar yardımın müsadirə edilərək yoxlanacağını və BMT xətti ilə Qəzzaya göndəriləcəyini açıqlamışdı.

Qeyd edək ki, “Qəzza sektorunun azadlığı uğrunda hərəkat” artıq 9-cu dəfədir Qəzzann dəniz blokadasını yarmağa çalışır. Onlar 5 dəfə buna nail olublar. Qəzza sektoru 3 ildir dənizdən blokadaya alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR