Bank Of Baku

Mahmud Əhmədinejad: “İranı ittiham edənlər İsrailin cinayətləri qarşısında niyə susurlar?”

Mahmud Əhmədinejad: “İranı ittiham edənlər İsrailin cinayətləri qarşısında niyə susurlar?”
# 31 may 2010 14:01 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Bəziləri elə təsəvvür edir ki, yardım aparan insanlara hücum edib onları öldürmək qüdrətli olmaqdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. İsrail ordusunun Qəzzaya humanitar yardım aparan gəmilərə hücumuna münasibət bildirən M. Əhmədonejad artıq İsrail rejiminin sonunun çatdığını söyləyib: “O, özü özünü aradan qaldıracaq. Bu rejim həmişə digər xalqların inkişafına mane olub və dinc insanları qətlə yetirib. Onu himayə edənlər bu gün bu rejimin nə qədər insan qanına susadığını gördülər”.

M. Əhmədinejadın sözlərinə görə, bir dövlətin yaşaması üçün onun milli mədəniyyəti, insanpərvərliyi bəs edər: “Ölkəni silah gücünə, xalqın gününü qara etmək və işğalçılıqla saxlamaq olmaz. Belə dövlət tez bir zamanda dağılıb getməlidir. İranı ittiham edənlər İsrailin cinayətləri qarşısında niyə susurlar? Sizin insanlığa verdiyiniz dəyər budurmu?! Dediyiniz insan haqları budurmu?! Siz yalançı sözlərinizlə İsrail rejimini müdafiə edə bilməyəcəksiniz. Artıq dünya xalqlarının səbri tükənib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR