Bank Of Baku

Almaniyanın prezidenti istefa verib

Almaniyanın prezidenti istefa verib
# 31 may 2010 15:05 (UTC +04:00)
APA-nın AFP-yə istinadən yaydığı xəbərə görə, prezident bildirib ki, istefa qərarı onun Bundesverin (Silahlı Qüvvələr) Əfqanıstan və digər xarici ölkələrdəki missiyası ilə əlaqədar söylədiyi fikirlərin ölkədə tənqid dalğası ilə üzləşməsi ilə əlaqədardır.

H. Köler sart tənqidlərə səbəb olan müsahibəsində aşağıdakıları söyləyib: “Mənim fikrimcə, bizim kimi ixrac ticarətinə əsaslanan və öz mallarının ixracından asılı olan böyük dövlətlər maraqlarının müdafiəsi üçün bəzən güc tətbiqinin zəruri olduğunu anlamalıdır. Məsələn, ticarət yollarının təhlükəsizliyini təminat etmək və bir sıra regionlarda ticarətə, iş yerlərinə, gəlirlərə neqativ təsir göstərə biləcək qeyri-sabitliyi aradan qaldırmaq üçün”.

Almaniyada bir çoxları prezidentin bu bəyanatını gücə əsaslanan diplomatiyaya qayıdış tələbi ikimi qiymətləndirib. Yaşıllar Partiyasının liderlərindən biri olan Yurgen Trittin H. Kölerin bəyanatının Konstitusiyaya zidd olduğunu vurğulayaraq onu dərhal öz sözlərini geri götürməyə çağırıb.

Qeyd edək ki, H. Köler 2004-cü ildə Almaniyanın prezidenti seçilib. O, 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun sədri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR