Bank Of Baku

İsrail «azadlıq donanması»nın itkilərinin sayını açıqlayıb

İsrail «azadlıq donanması»nın itkilərinin sayını açıqlayıb
# 01 iyun 2010 01:59 (UTC +04:00)
Bakı-APA. İsrail rəsmiləri Qəzzaya humanitar yardım daşıyan gəmi karvanının itkiləri barədə məlumat açıqlayıblar. İsrail xarici işlər naziri Aviqdor Liberman insident nəticəsində gəmidə hər iki tərəfdən 9 nəfərin öldüyünü, 33 nəfərin isə yaralandığını bildirib. Onların milli mənsubiyyəti əvvəlkitək açıqlanmır.

Bütün həlak olanlar «Mavi Mərmərə» türk gəmisində olublar. A.Liberman digər 5 gəmidə heç kəsin xəsarət almadığını bildirib.

«Türk gəmisində bizim əsgərlərə dəmir və bıçaqlarla hücum etdilər. Nəticədə 8 əsgərimiz yaralandı», deyən Liberman bu humanitar aksiyanı «aşkar təxribat» adlandırıb.

Bütün gəmilər İsrailin Aşdod limanına gətiriliblər. Gəmidəkilərə deportasiyanın 2 variantı təklif olunub. İsrail əsgərləri ilə qarşıdurmaya getməyənlər qısa müddətdə ölkədən deportasiya olunacaqlar. Digərlərini isə əvvəlcə həbs gözləyir. Artıq 14 nəfər İsraildən çıxarılmaq üçün Ben-Qurion hava limanına aparılıblar. Bunlar Mərakeş, Livan, ABŞ və Avstraliya vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR