Bank Of Baku

İran Xarici İşlər Nazirliyi: “Azadlıq karvanına hücum bütün beynəlxalq prinsiplərə hücum deməkdir”

İran Xarici İşlər Nazirliyi: “Azadlıq karvanına hücum bütün beynəlxalq prinsiplərə hücum deməkdir”
# 01 iyun 2010 08:17 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Azadlıq karvanına hücum bütün beynəlxalq prinsiplərə hücum deməkdir. Bu karvana hücum insan haqlarının və beynəlxalq prinsip və təməllərinə hücum deməkdir və bağışlanmazdır".
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib. O, yardım daşıyan gəmilərə hər hansı hücumu pisləyərək "Azadlıq karvanı" adı altında həyata keçirilən bu kampaniyanı dəstəklədiyini vurğulayıb.

R. Mehmanpərəst Türkiyənin İstanbul şəhərində yerləşən "İnsan haqları, azadlıqlar və humanitar yardımlar" Fondu (IHH) tərəfindən Qəzza zolağında blokada şəraitində yaşayan insanlara 20 milyon avro dəyərində zəruri yardımları daşıyan 9 gəminin göndərilməsini işğal olmuş torpaqlara göndərilən ən böyük yardım olduğunu deyib. İran Xarici İşlər Nazirliyi sionist rejimin hədə-qorxularını və humanitar yardımların Fələstin xalqına çatmasına qarşı törədilən hərəkətləri pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR