Bank Of Baku

İrana məxsus limanın yanacaq anbarında partlayış baş verib

İrana məxsus limanın yanacaq anbarında partlayış baş verib
# 01 iyun 2010 15:00 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Gəmiləri yanacaqla təmin etmək üçün nəzərdə tutulmuş yanacaq anbarında naməlum səbəblərdən partlayış baş verib. APA-nın “MEHR” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yanğını söndürmək üçün əraziyə 30 yanğınsöndürən maşın və digər yardımçı qüvvələr cəlb edilib. Yanğın 2 saatdan sonra söndürülüb. Hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, yanacaq anbarı İranın əsasən Fars körfəzində və Hörmüz boğazında neft anbarları bina edən “Bena Gostare Karaneh” şirkətinə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR