Bank Of Baku

İran ordusu İraqın şimalına daxil olub

İran ordusu İraqın şimalına daxil olub
# 01 iyun 2010 15:29 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, son 1 aydır PJAK-ı zərərsizləşdirmək üçün terror təşkilatının mərkəzi qərargahının yerləşdiyi İraqın şimalındakı Qəndil dağını bombalayan İran ordusu iyunun 1-də səhər növbəti hərbi əməliyyata başlayıb. İraqla sərhəddəki bir sıra yaşayış məntəqələri əvvəlcə uzaqvuran toplarla vurulub, sonra İran əsgərləri sərhədi keçərək Çoman adlanan kənd ətrafında mövqe tutublar. İran ordusunun İraqın içərilərinə doğru 5 km irəlilədiyi xəbər verilir. Ətraf kəndlərin əhalisi döyüş zonasını tərk edir.

Şimali İraqdakı mənbələr İran ordusunun Qəndil dağındakı terrorçulara qarşı geniş miqyaslı əməliyyata hazırlaşdığını bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR