Bank Of Baku

İran və Türkiyənin İraqdakı diplomatik nümayəndələri Xarici İşlər Nazirliyinə çağırılıb

İran və Türkiyənin İraqdakı diplomatik nümayəndələri Xarici İşlər Nazirliyinə çağırılıb
# 01 iyun 2010 16:30 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın İraqdakı səfiri və Türkiyənin Bağdaddakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın “Tabnak.ir” saytına istinadən verdiyi məlumata görə, İraq dövləti İranın bu ölkənin daxilində - Kürdüstan əyalətində hərbi əməliyyatlar keçirməsindən narahat olduğunu bildirib və buna öz etirazını nəzərə çatdırıb.

İraq XİN-də İran və Türkiyə diplomatlarına bildirilib ki, bölgədə terrorçulara qarşı mübarizə aparmağın yolu yaşayış məntəqələrini bombalamaq deyil: “Bu tam olaraq qanunsuzdur. İkitərəfli müzakirələr nəticəsində belə məsələləri həll etmək mümkündür”.

Nazirlik etiraz məktubunu hər iki ölkənin səlahiyyətli nümayəndələrinə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR