Bank Of Baku

İranın ali rəhbəri Ayətullah Xamenei İsrailin humanitar gəmi karvanına hücumu ilə əlaqədar bəyanat verib

İranın ali rəhbəri Ayətullah Xamenei İsrailin humanitar gəmi karvanına hücumu ilə əlaqədar bəyanat verib
# 02 iyun 2010 08:35 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Sionist rejimin humanitar yardım daşıyan gəmi karvanına cinayətkar və qəddarcasına hücumu böyük cinayətlər zəncirinin bir halqasıdır. Bu quldur və mənfur hökumət həmin cinayətlərin köməyi ilə özünün utanc gətirən ömrünün yeddinci onilliyini yaşamaqdadır”. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sözlər İranın ali rəhbəri Ayətullah Xameneinin verdiyi bəyanatda öz əksini tapıb: “Bu cinayət, müsəlmanların regionda, xüsusilə də zülm çəkmiş Fələstin torpağında onillərdir üz-üzə qaldığı həyasızlıq və amansızlığın bir nümunəsidir. Lakin bu dəfə sözü gedən karvan yalnız islam və ya ərəb karvanı deyildir və bütün dünyanın ictimai rəyi və bəşəri vicdanını təmsil edirdi. Bu cinayətkar hücum hamıya sübut etmiş olmalıdır ki, sionizm, faşizmin yeni və daha kobud bir simasıdır ki, bu dəfə insan haqlarını və azadlıqları qorumaq iddiasında olan ölkələrdən və ən çox da ABŞ-dan dəstək və kömək almaqdadır. Amerika, İngiltərə, Fransa və digər Avropa ölkələri, zatən cani olanlara siyasi, mətbuat, hərbi və iqtisadi dəstək verdiklərinə və onların törətdikləri cinayətlərin arxasında durduqlarına görə ciddi surətdə cavab verməlidirlər. Dünyanın hər yerində ayıq vicdanlar bu barədə ciddi düşünməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR