Bank Of Baku

İranda prezident seçkilərindən sonra həbs edilənlər buraxılacaq

İranda prezident seçkilərindən sonra həbs edilənlər buraxılacaq
# 03 iyun 2010 07:58 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın ali rəhbəri Ayətullah Xamneyi ötən il keçirilmiş prezident seçkilərindən sonra həbs edilən şəxslərdən 81-nin cəzasının yüngülləşdirilməsi və digərlərinin azad edilməsinə dair əfv fərmanı imzalayıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, ali dini rəhbər İran məhkəmə sisteminin rəhbəri Sadiq Amolinin əfvlə bağlı ünvanladığı məktubu imzalayıb.

Qeyd edək ki, əfv fərmanı peyğəmbərin qızı Fatimeyi Zəhranın doğum günü ilə əlaqədar İranda qeyd olunan qadınlar bayramı münasibətilə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR