Bank Of Baku

Qəzzaya doğru daha bir gəmi yollanır

Qəzzaya doğru daha bir gəmi yollanır
# 03 iyun 2010 19:52 (UTC +04:00)
Bakı-APA. İrlandiyaya məxsus gəmi fələstinlilərə yardım çatdırmağı qarşısına məqsəd qoyub.

APA-nin bbc.com saytına istinadən verdiyi xəbərə görə bu arada Mavi Marmara gəmisində baş verənlərin araşdırılmasına təkidli çağırışlar səslənir.
BMT Təhlükəsizlik Şurası İsrail kommandoslarının beynəlxalq sularda Mavi Marmara gəmisinə qalxmasından sonra baş verənlərin tam miqyaslı araşdırmasına çağırıb. Bu çağırışa təşkilatın İnsan Haqları üzrə Şurası səs verib.
Bu Şura İsrail tərəfindən qeyri-ciddi bir qurum kimi qəbul edilir. Tel-Aviv bundan əvvəl böyük Şuranın Goldstone komissiyası ilə bağlı araşdırması ilə əməkdaşlıq etməkdən imtina etdi. Çox güman ki, Tel-Aviv yeni komissiyanın təşkili təqdirində onunla da əməkdaşlıqdan imtina edəcək.
Türkiyə bu debatlarda aparıcı rola malikdir. Mavi Marmara Türkiyə bayrağı altında səfərə çıxmışdır. Onun göyərtəsində öldürülənlərin və xəsarət alanların əksəriyyəti türk vətəndaşı olub.
Ankara araşdırmanın BMT eqidası altında aparımasını istərdi. ABŞ faktların açıq göstərilməsini dəstəkləsə də , iki bölgə müttəfiqinin mübahisəsi arasında qalıb.
Obama administrasiyasının kompromis axtardığına dəlalət edən əlamətlər nəzərə çarpır. Belə ki, Vaşinqtonda beynəlxalq ictimaiyyətin himayəsi altında tədqiqata rəğbət bəslənilir.
Təkliflərdən biri araşdırmada ABŞ müşahidəçisinin iştirakını nəzərdə tutur.
Vitse-prezident Jo Biden İsrail araşdırmasında beynəlxalq ekspertlərin iştirakını təklif edib.
O, Cənubi Koreya gəmisinin batmasından sonra sınaqdan keçirilmiş modelin tətbiqinə işarə edir. Lakin indiyədək İsrail mümkün araşdırmanın nə kimi şəkil alacağana dair çox az məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR